FED-in Riçmond üzrə sədri Tomas Barkin bildirib ki, inflyasiya davam edərsə və ya intensivləşərsə, uçot dərəcələri artırılacaq.
İndex.az xəbər verir ki, FED-in Riçmond üzrə sədri Tomas Barkin "Financial Times"a verdiyi müsahibəsində bildirib ki, o, inflyasiyanın FED-in 2%-lik hədəfinə doğru davamlı şəkildə aşağı düşdüyünə hələ əmin deyil:
"İnflyasiya yüksəlməyə davam edərsə və ya sürətlənərsə, uçot dərəcələrinin daha da artırılması üçün heç bir maneə yoxdur. İyun ayı toplantısında qərarımın hansı istiqamətdə olcağına indidən qərar verməyəcəyəm. Bunun üçün məşğulluq, qiymətlər və kreditlərlə bağlı gələcək məlumatlara baxmaq lazımdır".
