Bu ilin yanvar-sentyabr aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən məhsul istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 2,3 milyard manata çatıb və bunun 31,2%-i ixrac edilib.
İndex.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, indiyədək sənaye zonalarında 11,1 milyard manatlıq məhsul istehsal edilib və bunun təqribən 32,4%-i ixracın payına düşür.
Üçüncü rübün yekunlarına əsasən sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9%, qeyri-neft sənaye məhsullarının ixracında isə 22,9% olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə ixrac edilib.
