İsveçrə Mərkəzi Bankı uçot dərəcələrini yüksəldib.

İndex.az xəbər verir ki, İsveçrə Mərkəzi Bankı uçot dərəcəsini 50 baza bəndi artıraraq 3%-dən 3,50%-ə qaldırıb.

Yayılan məlumata görə, iki İMB rəsmisi bankın uçot dərəcəsini yüksəltməsinə qarşı çıxıb.

Qiymət artımları iqtisadçıların proqnozlarını aşdıqdan sonra faiz artımı böyük ölçüdə gözlənilirdi.