İlon Maskın baş direktoru olduğu "SpaceX"in peyk əsaslı genişzolaqlı internet xidməti "Starlink"in 2022-ci il üçün qazancı açıqlanıb.

İndex.az xəbər verir ki, "SpaceX"in peyk internet xidməti "Starlink" keçən il 1,4 milyard dollar gəlir əldə edib.

Bu rəqəm 2021-ci ildə 222 milyon dollar olub.

Lakin 2022-ci ildə əldə edilən gəlir onların ilkin proqnozlarından təxminən 11 milyard dollar aşağı olub.

Buna baxmayaraq "SpaceX" meneceri Conatan Hofeller qatıldığı bir konfransda "Starlink"in peyk antenalarını istehsal etmək üçün artıq itki vermədiklərini söyləyib.