"Twitter"in baş direktoru İlon Mask baş direktorluq vəzifəsindən istefa verdiyini açıqlayıb.

İndex.az xəbər verir ki, Mask "Twitter" hesabında etdiyi paylaşımda bildirib ki, "Twitter" üçün yeni CEO işə götürüb:

""Twitter" üçün yeni CEO işə götürdüyümü elan etmək məni çox həyəcanlandırır. Yeni CEO təxminən 6 həftə sonra öz vəzifəsində işə başlayacaq".

Yeni CEO gəldikdən sonra Mask şirkətdə məhsullara, proqram təminatına və xidmətlərə nəzarət edən İdarə Heyətinin sədri və Baş Texnologiya Direktoru (CTO) vəzifəsini icra edəcək.

Maskın paylaşımından yeni CEO-nun qadın olacağı anlaşılsa da, ad verilməyib.