İlon Mask "Twitter"ə gətirdiyi yeni limiti açıqlayıb.

Twitter istifadəçiləri bir müddətdir ki, limit xəbərdarlığı ilə üzləşirlər, Elon Musk yeni limiti açıqlayıb.

“Twitter” sosial media platformasında limit məsələsini müzakirə edərkən şirkətin baş direktoru İlon Mask açıqlama verib.

İndex.az xəbər verir ki, "Twitter" hesabında paylaşım edən İlon Mask, "müvəqqəti məhdudiyyət" tətbiq etdiklərini açıqlayıb.

Bunu sistemdəki manipulyasiyaları aşkar etmək üçün bir tədbir olaraq izah edən Mask, hesablara görə, edilən məhdudiyyəti də açıqladı.

İlon Maskın tətbiq edəcəyi limitlər isə bunlardır:

- Təsdiqlənmiş hesablar gündə 6000 yazı oxuya biləcək.

- Təsdiqlənməmiş hesablar gündə 600 yazıya qədər oxuya biləcək.

- Yeni təsdiqlənməmiş hesablar gündə 300-ə qədər yazı oxuya biləcək.