İlon Mask "Microsoft"u "Twitter"in məlumatlarını icazəsiz istifadə etməkdə ittiham edir.

İndex.az xəbər verir ki, "Twitter"in baş direktoru İlon Mask "Twitter"də paylaşım edərək bildirib ki, "Microsoft" "Twitter"i korporativ reklam platformasından çıxaracağına görə, "Microsoft"u məhkəməyə verəcək.

Maskın fikrincə "Microsoft" sahibi olduğu "Twitter" platformasının məlumatlarını icazəsiz istifadə edib.

Lakin Mask iddiasını dəstəkləyəcək heç bir dəlil və ya detal paylaşmayıb.

"Microsoft" məsələ ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

"Microsoft" daha əvvəl bildirmişdi ki, onun reklam platforması aprelin 25-dən etibarən "Twitter"i dəstəkləməyəcək.