İlon Mask "Tesla"nın ikinci ən böyük bazarı olan Çinə səfər edəcək.
İndex.az xəbər verir ki, "Reuters"un yaydığı məlumata görə, "Tesla"nın baş direktoru İlon Mask Çinin baş nazir Li Çianqla görüşmək üçün Çinə getməyi planlaşdırır.
Çin Teslanın ABŞ-dan sonra ikinci ən böyük bazarı olsa da, Şanxay fabriki elektrik avtomobil istehsalçısının ən böyük istehsal mərkəzi kimi tanınır.
Sözügedən səfər baş tutarsa, bu, Muskın epidemiyadan sonra, Si Cinpinin üçüncü prezidentlik dövründə Çinə ilk səfəri olacaq.
"Tesla"nın Çindəki zavodunda istehsal etdiyi avtomobillərin satışları fevral ayında şirkət tərəfindən edilən endirimlərdən sonra sürətlə artdı.
Çin "Sərnişin Avtomobilləri Assosiasiyası"nın açıqladığı ilkin məlumatlara görə, "Tesla" fevral ayında Şanxaydakı müəssisəsindən ümumilikdə 74 402 avtomobil satıb.
Bununla da, satışlarda əvvəlki ilin eyni dövrünə görə 31,65% bir əvvəlki aya görə isə 13% artım oldu.
