ABŞ-ın "Neuralink" neyrotexnologiya şirkətinin qurucusu İlon Mask, beyin çipini implantasiya etdikləri şəxsin kompüter siçanını düşüncə vasitəsilə idarə edə biləcəyini açıqlayıb.
İndex.az xəbər verir ki, Maskın sözlərinə görə, çipin xəstəyə heç bir mənfi təsiri yoxdur və siçanı idarə edə bilir.
Yanvarın 30-da X sosial media hesabındakı paylaşımında İlon Mask "Neuralink" tərəfindən istehsal edilən çipin bir gün əvvəl ilk dəfə insana daxil edildiyini bildirib.
