İlon Mask 2022-ci ildə "Twitter"i aldıqdan sonra "Twitter"də çalışan 6 mindən çox işçini işdən çıxardığına görə, işsiz qalan işçilər Maska qarşı 500 milyon dollarlıq təzminat iddiası qaldırdı.
İndex.az xəbər verir ki, qaldırılan iddiaya görə, sözügedən 6 min keçmiş işçinin müqavilə qaydalarına uyğun olaraq şirkət onlara 500 milyon dollar borcludur, lakin onlar cəmi bir aylıq işdən çıxma pulu alıblar.
İddiaçı keçmiş işçilər Federal İşçilərin Təqaüd Gəlirlərinin Təhlükəsizliyi Qanununa əsasən müdafiə iddiası irəli sürərkən, ABŞ-ın Dairə Hakimi Trina Tompson son nöqtəni qeyd edib və Maskın işdən çıxarılan şəxslərə borcu olmaması barədə qərar verib.
