"Yapı Kredi Bank Azərbaycan" 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, hesabata əsasən, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 21.328 milyon manat azalaraq 460.599 milyon manata enib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 481.927 milyon manat təşkil edib.
Bankın kredit portfelinin həcmi 257.262 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 236.945 milyon manat kredit verildiyini nəzərə alsaq, 20.317 milyon manatlıq artımın olduğunu görürük.
Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, istehlak kreditlərinin payı 59.950 milyon manat, biznes kreditlərinin payı 166.869 milyon manat, daşınmaz əmlak kreditlərinin payı isə 30.442 milyon manat təşkil edib.
Beləliklə, bankın kredit portfelinin 64%-dən çoxunu biznes kreditləri təşkil edir.
3-cü rübün sonuna "Yapı Kredi Bank Azərbaycan"ın depozit portfeli 326.204 milyon manat olub. İlin əvvəlində bu göstərici 363.857 milyon manat idi.
Hesabat dövrünün sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 688 min manat azalaraq 80.063 milyon manat olub.
Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 283.106 milyon manat olduğu halda, 3-cü rübün sonunda bu göstərici 71.427 milyon manat azalaraq 246.141 milyon manata enib.
Hesabatdan görünür ki, "Yapı Kredi Bank Azərbaycan"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 24.677 milyon manatdan 29.036 milyon manata yüksəlib (4.359 milyon manat artım).
Bankın nizamnamə kapitalı dəyişməyib - 55.380 milyon manat.
Hesabat dövründə "Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri 27.300 milyon manat, faiz xərcləri isə 1.713 milyon manat təşkil edib.
"Yapı Kredi Bank Azərbaycan" mümkün zərərlər üçün 1.309 milyon manatlıq məqsədli ehtiyatlar yaradıb.
Bankın dövr üzrə xalis mənfəəti 10.093 milyon manat olub.
"Yapı Kredi Bank Azərbaycan"ın məcmu kapitalı isə 85.926 milyon manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.
