Almaniyanın geyim və aksesuar istehsalçısı “Hugo Boss AG” şirkəti bu ilin ikinci rübündə xalis mənfəətini illik ifadədə 27% artırıb.
İndex.az şirkətə istinadən xəbər verir ki, bu göstərici bazar proqnozlarını üstələyib.
Şirkətin açıqlamasında deyilir ki, aprel-iyun aylarında gəlir 1 milyard avro təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 1,02 milyard avro olub. Şirkətin özü tərəfindən tərtib edilmiş analitiklərin proqnozu göstəricinin 998 milyon avro səviyyəsində olacağını nəzərdə tuturdu.
Şirkətin xalis mənfəəti ötən ilin 37 milyon avrosundan 47 milyon avroya yüksəlib və 43 milyon avro proqnozunu üstələyib.
“Hugo Boss” rəhbərliyi hələ də 2025-ci ildə gəlirin 4,2-4,4 milyard avro təşkil edəcəyini və EBIT-in 5-22% artaraq 380-440 milyon avroya çatacağını gözləyir.
