"Huawei Watch 4" yeni gələn yeniləmə ilə Çində insan bədənindəki qlükozanı ölçməyə başlayır.
İndex.az xəbər verir ki, müəyyən şərtlərə cavab verən istifadəçilərin ağıllı saatları müntəzəm olaraq qlükoza dəyərlərini ölçə biləcək.
Bununla yanaşı Ağıllı saatlar ürək dərəcəsi, EKQ, yuxu, stress və qan təzyiqi kimi bir çox həyati dəyərləri də ölçə biləcək.
Əslində "Apple Watch"un qlükozanı ölçəcəyi iddiaları uzun müddətdir gündəmdə olsa da, "Huawei" onları qabaqladı.
