Çinin telekommunikasiya və texnologiya şirkəti “Huawei” smartfonların yeni modelləri sayəsində mənfəətini artırıb.

İndex.az xəbər verir ki, “Huawei” smartfonların yeni modelləri sayəsində ilin yanvar-iyun dövründə xalis mənfəətini 17,8% artıraraq 54,9 milyard yuana (7,7 milyard dollar) çatdırıb.

"Huawei" ayrı-ayrı məhsul qruplarının satışı ilə bağlı heç bir məlumat verməsə də, Çin şirkətinin direktorlar şurasının sədri Erik Xu şirkətin ilin ilk yarısındakı performansının onun proqnozlarına uyğun olduğunu bildirib.

"Huawei", 2023-cü ilin avqustunda Çində "Mate 60 Pro" seriyasının təqdimatı ilə ölkədəki smartfon bazarında birinci yeri tutub.