ABŞ Çinin yarımkeçiricilər sahəsindəki irəliləyişinə mane ola bilmir.
İndex.az xəbər verir ki, "Huawei"nin qazancının çip sıçrayışının ikiqat artması ilə yüksəlişin davam etdirib.
Belə ki, "Huawei" cari ilin üçüncü rübündə xalis mənfəətini 118% artıraraq 3,6 milyard dollara, satışları isə 19,9 milyard dollara çatdırıb.
Bu rəqəmlərə avqustun sonunda satışa çıxarılan "Mate 60" və "Mate 60 Pro" modellərinin ilk satışları da daxildir.
Beləliklə 2019-cu ildə ABŞ tərəfindən xarici təchizatçılarla əlaqələrinin kəsilməsinə baxmayaraq "Huawei", geri dönüşünü davam etdirir.
Çinin SMIC şirkəti tərəfindən istehsal olunan "7nm Kirin 9000S" prosessoru ilə "Mate 60 Pro"nu təqdim edərək çip sənayesini həyəcanlandıran "Huawei", ABŞ sanksiyalarını kökündən sarsıtdı.
