"Huawei"in son 10 ildə tədqiqat və inkişafa 130 milyard dollar xərclədiyi məlum olub.

İndex.az xəbər verir ki, "LexisNexis IPlytics"in son hesabatına görə, bu investisiyalar sayəsində şirkət 5G patentlərinin sayına görə liderliyi ələ keçirib.

2022-ci ilin sonuna olan məlumata görə, "Huawei" şirkətində 114 000-dən çox Ar-Ge (tədqiqat və inkişaf üzrə) işçisi çalışıb ki, bu da şirkətin ümumi işçi qüvvəsinin 55,4%-ni təşkil edir.

Tədqiqat və inkişafa yatırılan uzunmüddətli investisiyalar "Huawei"i dünyanın ən böyük patent sahiblərindən birinə çevirib.

Şirkətin 2022-ci ilin sonuna dünya üzrə 120.000-dən çox etibarlı patenti var.