ABŞ və Çin arasındakı texnologiya müharibəsi "Huawei"yə təsir etməkdə davam edir.
İndex.az xəbər verir ki, məlum olub ki, Almaniya 5G şəbəkələrində Çin istehsalçılarına qadağa qoymağı planlaşdırır.
Xatırladaq ki, Avropa Komissiyası bundan əvvəl ölkələrin "Huawei" kimi yüksək riskli 5G şirkətlərinin əsas telekommunikasiya şəbəkəsindən çıxarılmasını müzakirə etmişdi.
Bunun ardınca İngiltərə, İsveç, Latviya və Litva da daxil olmaqla, bölgənin bir çox başqa ölkələri Çin nəhənginin 5G şəbəkələrinin qadağan ediləcəyini açıqladı.
Almaniya isə “Huawei”yə qadağa qoyulması təzyiqinə mənfi cavab versə də, indi bu qərar geri götürülə bilər.
