ABŞ-da yerləşən HP texnologiya şirkəti oktyabrın 31-də başa çatan dördüncü rüb üzrə maliyyə nəticələrini açıqlayıb.
İndex.az xəbər verir ki, şirkət bu müddət ərzində işçi qüvvəsini 4000-6000 nəfər azaltmağı planlaşdırdığını açıqladı.
Bu qərar, süni intellekt texnologiyalarından istifadə etməklə müştəri məmnuniyyətini və səmərəliliyi artırmağa yönəlmiş daha geniş yenidənqurma təşəbbüsünün bir hissəsidir.
