Honq-Konqda zooparkda meymunlar melioidoz adlı bakterial infeksiyaya görə ölməyə başlayıb.
İndex.az xəbər verir ki, ən azı doqquz meymun ilkin olaraq infeksiya səbəbiylə həyatını itirsə də, son həftədə ölənlərin sayının 11-ə çatdığı, həftə sonu daha iki meymunun öldüyü bildirildi.
1860-cı ildə tikilən və Honq-Konqun ən qədim parkı olan zooparkın bir hissəsi oktyabrın 14-də səlahiyyətlilər ilk meymun ölümləri barədə məlumat verdikdən sonra bağlanıb.
Beş ayrı qəfəsdə saxlanılan ölü meymunlar arasında De Brazza meymunları, pambıq başlı tamarinlər və ağ üzlü sakilər var.
Səlahiyyətlilər, melioidoz infeksiyası nəticəsində doqquz meymunun septisemiyadan öldüyünü bildirdi. Yarılmalarda meymunların orqanlarında çoxlu miqdarda melioidoz törədən bakteriya aşkar edilib və bu bakteriyaların meymunların yaşadığı əraziyə yaxın torpaqdan gəldiyi müəyyən edilib.
Bakteriyanın xüsusilə rütubətli gil torpaqlarda geniş yayıldığı və həm insanlara, həm də heyvanlara təsir göstərə bildiyi, lakin onun heyvanlardan insanlara keçmə ehtimalının az olduğu bildirilib.
Şəhərin maliyyə dairəsinin bir qədər yuxarısında və hökumət binasının yaxınlığında yerləşən zooparkda 158 quş, 70 məməli və 21 sürünən təqribən 40 qapalı yerdə yerləşir.
