"Honda"nın flaqman konsept modeli olan "Saloon", Dizayn Konsepti kateqoriyasında "Red Dot" (Best of the Best) mükafatını qazanıb.

İndex.az xəbər verir ki, "Honda 0 Seriyası" 2024-cü ilin yanvarında ABŞ-ın Las-Veqas şəhərində keçirilən "İstehlak Elektronları Sərgisi"ndə (CES) brendin elektrik keçidinə qlobal yanaşmasında ən son addım kimi təqdim edildi.

"Saloon" və "Space-Hub" konseptləri "Honda"nın gələcəkdəki elektromobil inkişafının əsasını təşkil edən “Nazik, yüngül və ağıllı” prinsipləri ilə hazırlanmışdır.