Hindistanlı bir kişi iki il beşulduzlu oteldə yaşayıb və otağın pulunu ödəməyib.

İndex.az xəbər verir ki, bu barədə “LADBible” nəşri yazır.

Nəşrin məlumatına görə, işçilər onun otağının pulunu ödəmədiyini anlayana qədər o, 603 gün oteldə yaşayıb.

Oteldə isə iddia edirlər ki, qonaq indi 70 min dollar məbləğində borcunu ödəməlidir. O, həmçinin işçi heyəti ilə əlbir olmaqda ittiham olunur. Baxmayaraq ki, hələ də işçilərdən heç biri saxlanılmayıb.

Məlum olub ki, həmin şəxs 2019-cu il mayın 30-da bir günlük qalmaq haqqını ödəyərək otelə daxil olub. Bundan sonra müxtəlif vasitələrin və hiylələrin köməyi ilə iki il oteldə pulsuz yaşamağa nail olub.

Polisin məlumatına görə, şübhəli şəxs başqalarının hesabları ilə də fırıldaqçılıqla məşğuldur, hazırda həmin şəxs tutulub. Məhkəmə onu təqsirli bilsə, onu həbs cəzası gözləyir.