İrəvandakı hostellərin birində baş verən dava nəticəsində dörd Hindistan vətəndaşı xəstəxanaya yerləşdirilib.
İndex.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Onlar arasında yaranan mübahisə dava və bıçaqlaşmaya çevrilib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, xəsarət almış dörd nəfər tibb mərkəzlərindən birinə aparılıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Cinayət işi açılıb, hadisənin təfərrüatları araşdırılır.
