"Hindistanın Ehtiyat Bankı" 2022-ci ilin ortalarından etibarən tətbiq etdiyi sərtləşdirmə dövrünü dayandırıb.

İndex.az xəbər verir ki, "Hindistan Ehtiyat Bankı" (HEB) bazarda faiz artımı gözləntilərinə baxmayaraq uçot dərəcəsini sabit saxlamaq qərarına gəlib.

Bank uçot dərəcəsini 6,50 faiz səviyyəsində saxlayıb. İqtisadçıların gözləntiləri isə uçot dərəcəsinin 25 bənd artaraq 6,75% olacağı idi.

Bank həmçinin 2024-cü maliyyə ili üçün inflyasiya gözləntisini 5,3%-dən 5,2%-ə endirib.

HEB-in sürpriz qərarından sonra Hindistanın 5 illik istiqrazlarının gəlirliliyi 13 baza bəndi azalaraq 7,02%ə düşüb.

HEB-in rəhbəri Şaktikanta Das qərarın yekdilliklə qəbul edildiyini bildirib.

Das, lazım gələrsə, bankın qarşıdakı görüşlərdə yenidən uçot dərəcəsini qaldıra biləcəyini söyləyib.