Aprelin sonuna kimi Hindistanın əhalisinin sayı Çinin əhalisinin sayını keçəcək.
İndex.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Hindistanın yaxın iki həftə ərzində insanların dünyada ən sıx məskunlaşdığı ölkə olacağını açıqlayıb.
Hindistanda hər 10 ildən bir keçirilən siyahıyaalma "Covid-19" epidemiyası səbəbindən bu ilə təxirə salınmışdı.
Hazırki siyahıyaalmalardan sonra, Hindistan əhalisinin 1,4 milyarda çatacağı gözlənilir.
Çin isə əhali böhranı ilə üz-üzədir.
Mütəxəssislər Çindı əhalinin sayının azalmasına Çinin 1979-2016-cı illər arasında həyata keçirdiyi “bir uşaq” siyasəti, yüksək yaşayış və təhsil xərcləri və son 3 ildə tətbiq edilən sərt “sıfır kovid” siyasətinin səbəb olduğunu bildirirlər.
