Həmas-İsrail münaqişəsi Qızıl bazarın da öz təsirini göstərib.

İndex.az xəbər verir ki, münaqişənin təsiri ilə qızıl qiymətləri ucuzlaşmağa başlayıb.

Hazırda qızılın unsiyası 0,4% ucuzlaşaraq 1.972,39 dollara enib.

ABŞ qızıl fyuçersləri isə 0,5% ucuzlaşıb və qızıl qiymətləri 1.983,50 dollara qədər geriləyib.

Qızıl qiymətləri 7 oktyabr tarixində son 5 ayın ən yüksək həddinə çatıb.