Həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə də icbari tibbi sığorta xidmətlər göstəriləcək.
İndex.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
