"Nullbulge" adlı haker qrupu "Disney"i sındırdıqlarını və 1 terabaytdan çox məlumatı ələ keçirdiklərini iddia edir.

İndex.az xəbər verir ki, iddialar doğrudursa, "Disney"in gələcək layihələrinə aid materiallar internetə sıza bilər.

"Nullbulge"nin ələ keçirdiyini iddia etdiyi bu 1 TB məlumatın içərisində dəqiq nə olduğu bilinmir.

Bununla belə, orada hələ yayımlanmamış film və seriallardan materialların ola biləcəyi düşünülür.

Digər tərəfdən, şirkətin hələlik açıqlamadığı layihələrlə bağlı mühüm detalların bu sızma ilə ortaya çıxa biləcəyi bildirilir.