2026-cı ildə Gürcüstan Azərbaycandan 2,926 milyard kubmetr təbii qaz almağı planlaşdırır.

İndex.az xəbər verir ki, bununla bağlı məlumat Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin təsdiqlədiyi 2026-cı il üçün təbii qaz balansında verilib.

Bu sənəd 2026-cı il yanvarın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edir. Burada Gürcüstanın müxtəlif ölkələrdən alacağı qaz həcmləri müəyyənləşdirilib.

Sənədə əsasən, Gürcüstan bu il ümumilikdə 3,34 milyard kubmetr təbii qaz alacaq.

Bu tədarükün 2,926 milyard kubmetri Azərbaycandan daxil olacaq. Bunun da 1,645 milyard kubmetri "Şahdəniz" yatağının payına düşəcək. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2026-cı ildə Gürcüstana qaz tədarükü 1,281 milyard kubmetr təşkil edəcək. Beləliklə, Gürcüstanın qaz idxalı strukturunda Azərbaycanın payı 87,6 % olacaq.

Rusiyadan bu ölkəyə qaz tədarükü isə 400 milyon kubmetr təşkil edəcək. Yerli hasilatın isə 14,058 milyon kubmetr olacaq.