UBS gümüş ilə bağlı proqnozlarını yüksəldib.
İndex.az xəbər verir ki, UBS strateqləri gümüşün yaxın perspektivdə qızılı üstələyəcəyini gözləyərək, gümüş qiymətləri ilə bağlı proqnozlarını artırıblar.
Belə ki, gümüşün 2024-cü ilin sonuna olan qiymət hədəfini 20% artıraraq 36 dollara çatdıran bank, orta qiymət gözləntisini isə 14% artıraraq 30,5 dollara çatdırıb.
Starteqlərin sozlərinə görə, gümüş ilə bağlı yeni qiymət gözləntiləri qızıla nisbətən daha yüksək performansı əks etdirir.
