Əfqanıstanın Kabil şəhərində taliblər kütləvi şəkildə qadın gözəllik salonlarını bağlayırlar.
İndex.az xəbər verir ki, bu barədə “Tolo news” xəbər portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, taliblər binaları yoxlayır, işləyən salonları aşkar edir, sonra ya onları bağlayır, ya da avadanlıqları müsadirə edirlər. Nəticədə yüzlərlə müəssisə artıq müştəri qəbul etməyi dayandırıb.
Qadağa tətbiq edilənə qədər bu sahədə təxminən 60 min qadın çalışırdı, onların bir çoxu ailələrini dolandırırdı.
Analitiklər bu hərəkətləri taliblərin qadınları ictimai və iqtisadi həyatdan tədricən kənarlaşdırmağa yönəlmiş siyasəti ilə əlaqələndirirlər.
