Türkiyənin Rəqabət Təşkilatı "Google"u cərimələyib.
İndex.az xəbər verir ki, otel sorğuları ilə bağlı ehtiyat tövsiyələrinə əməl etmədiyi müddətə görə "Google"a Rəqabət Təşkilatı tərəfindən ümumilikdə 482 milyon lirə (14,8 milyon dollar) cərimə tədbiq edilib.
İdarə Heyəti şirkətlə bağlı açdığı araşdırma çərçivəsində martın 21-də 3 aylıq monitorinq qərarı verib.
Şura gündəlik inzibati cərimənin bu 3 aylıq müddətin bitdiyi tarix olan 21 may tarixindən etibarən dayandırılmasına qərar verib.
