"Google", "Cloudflare" və "Amazon İnternet Xidmətləri"nin (AWS) birgə elan etdiyi hücumun təfərrüatları açıqlanıb.

İndex.az xəbər verir ki, "Google"da “HTTP/2 Rapid Reset” adlı yeni boşluq yaranıb.

Belə ki, "DDoS" hücumları pik həddə çatdığından "Google"a saniyədə 201 milyon cəhd olub.

Bu da sonuncu "DDoS" hücumundan 7,5 dəfə çoxdur.

Müəyyən edilib ki, bu hücumlar mürəkkəb şəbəkə infrastrukturlarına yönəlib.

"Cloudflare" şirkətinin baş direktorunun sözlərinə görə, cəhdlərin məqsədi internet saytlarına yüzlərlə sorğu cəhdi göndərməklə onların infrastrukturunda problemlər yaratmaq və serverləri sıradan çıxarmaq olub.