Uzun müddətdir ki, daha təhlükəsiz giriş üçün cihazlarda olan tətbiqlərdən istifadə etməyə çalışan "Google", bu həftə parol əvəzinə istifadə edə biləcəyiniz keçid açarlarını təqdim edəcək.
İndex.az xəbər verir ki, "Google Passkey" adlı yeni üsul saytlara parol daxil etmək əvəzinə telefonunuzda istifadə etdiyiniz təhlükəsizlik üsullarını təyin etməyə imkan verəcək.
"Google Passkey", ekran kilidi parolu, barmaq izi oxuyucusu, üz tanıma kimi təhlükəsizlik üsulları ilə "Google" hesabınıza daxil olmağa şərait yaradacaq.
