"Google", "Kairos Power" ilə bir neçə kiçik modul reaktordan (SMR) nüvə enerjisi almaq üçün müqavilə bağladıqlarını açıqladı.

İndex.az xəbər verir ki, "Google" tərəfindən verilən açıqlamada bildirilib ki, şirkət "Kairos Power" tərəfindən hazırlanacaq çoxlu sayda kiçik modul reaktordan nüvə enerjisi almaq üçün dünyada ilk dəfə bu sahədə korporativ müqavilə imzalayıb.

Müqaviləyə görə, "Kairos Power"in ilk kiçik modul reaktoru 2030-cu ilə qədər sürətli və təhlükəsiz istismara verildikdən sonra 2035-ci ilə qədər əlavə reaktorların yerləşdirilməsi təmin ediləcək