"Google", bəzi "Microsoft Edge" istifadəçilərinin "YouTube" videolarına baxmasını əngəlləməyə başlayıb.
İndex.az xəbər verir ki, bu bloklama şirkətin reklam blokerlərinə qarşı mübarizəsi ilə bağlıdır.
"Microsoft" brauzerində izləmə bloklamasının üç səviyyəsi var: Əsas, Balanslı və Ciddi.
Ciddi rejim seçildikdə, brauzer istifadəçilərin "YouTube" daxil olmaqla bütün veb-saytlarda izlənilməsinin qarşısını almaq üçün son dərəcə sərt tədbirlər həyata keçirir.
Bu qoruma ilə "Google"un istifadəçi məlumatlarını toplamaq və istifadəçilərə fərdiləşdirilmiş reklamlar göstərmək imkanı da məhdudlaşdırılır.
Beləliklə, axtarış nəhəngi bu funksiyanı reklam blokeri kimi görür və "Edge"dən "Strict" rejimində istifadə edənlərə reklam blokerlərinə tətbiq etdiyi kimi eyni sanksiyaları tətbiq edir.
