"Google" kibertəhlükəsizlik sahəsində də süni intellektə arxalanacaq.

İndex.az xəbər verir ki, "Google", "Sec-PaLM" adlı təhlükəsizlik üçün nəzərdə tutulan süni intellekt modeli ilə təchiz edilmiş kibertəhlükəsizlik paketi "Cloud Security AI Workbench"i ictimayyətə təqdim edib.

"Cloud Security AI Workbench" süni intellekti, proqram təminatı zəifliklərinin, zərərli proqramların, təhdid göstəricilərinin və davranış təhlükəsi yaradan profillərin təhlükəsiz olub-olmaması barədə araşdırma aparır.

"Google"un blok yazısında qeyd edilib ki, son vaxtlar generativ süni intellekt təxəyyülü ələ keçirsə də, "Sec-PaLM" süni intellekti, "Google" və "DeepMind" tərəfindən illərlə aparılmış əsas süni intellekt tədqiqatlarına və təhlükəsizlik qruplarının dərin təcrübəsinə əsaslanır:

"Biz təhlükəsizlikdə süni intellektin gücünü yeni dərk etməyə başlayırıq. Bu təcrübədən müştərilərimiz üçün istifadə etməyə davam etməyi və süni intellekt vasitəsi ilə təhlükəsizlik sahəsində irəliləyişə nail olmağı səbirsizliklə gözləyirik".