"Google" ilə Avropa İttifaqı (Aİ) arasında keçirilən məhkəmədə qalib gələn tərəf "Google" oldu.
İndex.az xəbər verir ki, Aİ-nin Baş Məhkəməsi "AdSense" reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etdiyinə görə, Avropa Komissiyası tərəfinfən 1,49 milyard avro dəyərində cərimə olunan "Google"u cəriməni ödəməkdən azad edib.
Avropa Komissiyası, 2019-cu ildə "Google"un "AdSense" reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etməsi ilə bağlı iddia qaldıraraq, "Google"u 1,49 milyard avro cərimələyib.
Aİ-nin Baş Məhkəməsi isə, "Google"a qarşı 1,5 milyard avro cərimə kəsilməsi qərarını bütün müvafiq halları nəzərə almadığı səbəbiylə ləğv edib:
"Məhkəmə komissiyanın qiymətləndirmələrinin çoxunu təsdiqlədi, lakin "Google"a təxminən 1,5 milyard avro cərimə kəsilməsi qərarını bütün müvafiq halları nəzərə almadığı səbəbiylə ləğv etdi. Avropa Komissiyası xüsusilə müqavilə bəndlərinin müddəti ilə əlaqədar qiymətləndirmədə ədalətsiz davranıb".
