"Google" tərəfindən 2016-cı ildə həyatımıza daxil olan "Google Assistant", önümüzdəki dövrdə daha da ağıllı ola bilər.

İndex.az xəbər verir ki, açıqlamalara görə, "Google" "Google Assistant"ı "ChatGPT" və "Bard" kimi süni intellektlə gücləndirəcək.

"Google"un işçilərə göndərdiyi e-poçtda "ChatGPT" və "Bard" çatbotunun arxasında duran texnologiyaya bənzər, əsas dil modelləri (LLM) ilə təchiz edilmiş daha güclü köməkçidən bəhs edilir.

E-poçta görə, komandanın bəziləri mobildən başlayaraq artıq bunun üzərində işləməyə başlayıb.