Axtarış nəhəngi "Google" "Android" cihaz istehsalçılarını yeniləmələri yaymaqda ləng olmaqda ittiham edib.
İndex.az xəbər verir ki, "Google", "Android" cihazlarında təhlükəsizlik yeniləmələri ilə bağlı problemlərdən bəhs edən hesabat yayımlayıb.
Şirkətdən verilən məlumata görə, yeniləmələrin gecikməsinin əsas səbəbi smartfon istehsalçılarının həssaslığıdır.
"Google"ın fikrincə bu mövzuda brendlərin böyük çatışmazlığı var.
Hesabatda deyilir ki, "Google" əməliyyat sistemindəki təhlükəsizlik boşluqlarını tez tapıb aradan qaldırır və partnyorlara göndərir.
Bununla belə, bir çox istehsalçı öz cihazlarından istifadə edən insanlara yeniləmələri vaxtında paylaya bilmir və ya maraqlanmır.
Nəticədə, smartfonlar potensial hücumlara qarşı həssas olaraq qalır.
