“Goldman Sachs” HƏMAS-İsrail arasında olan gərginliyin Avropa iqtisadiyyatına təsiri ilə bağlı xəbərdarlıq edib.

İndex.az xəbər verir ki, “Goldman Sachs”dan bildirilib ki, HƏMAS-İsrail arasında olan gərginlik enerji qiymətlərinə mənfi təsir etsə, bu vəziyyət “Avrozona”da inflyasiyasya və iqtisadi artıma əhəmiyyətli təsir göstərə bilər.

Qurumun Avropa üzrə analitiki Katya Vaşinskaya qeyd edib ki, münaqişələr aşağı regional ticarət, maliyyə şərtlərinin sərtləşməsi və aşağı istehlakçı inamı vasitəsilə Avropa iqtisadiyyatına təsir edəcək.

Analitik HƏMAS-İsrail gərginliyinə görə, həmin regionda ticarətin azalmasının Avropada iqtisadi fəallığı ləngidə biləcəyini, lakin “Avrozona”nın İsrailə ixracının ÜDM-in təxminən 0,4%-ini təşkil etdiyini bildirib.

Ekspert maliyyə şərtlərinin sərtləşdirilməsinin artıma mənfi təsir göstərəcəyini qeyd edib.

Belə ki, artıq yüksək uçot dərəcələri ilə müşahidə olunan iqtisadi aktivliyin yavaşlaması daha da sürətlənib.