“Goldman Sachs”, qlobal iqtisadiyyatın 2024-cü ildə gözləntiləri üstələyəcəyini proqnozlaşdırır.
İndex.az xəbər verir ki, bank ABŞ bazarının digər inkişaf etmiş bazarları geridə qoyaraq, 2,1% artacağını gözləyir.
“Goldman Sachs” analitiklərinin fikrinə görə, monetar və fiskal sərtləşdirmə siyasətləri ilə bağlı əngəllərin çoxu arxada qalıb.
İnflyasiya son 40 ildə ən yüksək səviyyəyə yüksəldiyindən, FED 2022-ci ilin martında aqressiv şəkildə uçot dərəcələrini artırmağa başladı.
FED sədri Cerom Pouel, FED-in inflyasiya ilə mübarizə üçün kifayət qədər səy göstərmədiyini söylədi və daha çox faiz artımının lazım ola biləcəyinə işarə etdi.
