"Goldman Sachs" 2025-ci ilin əvvəlində qızılın qiymətinin 2 min 700 dollara çata biləcəyi ilə bağlı proqnozunu paylaşıb.
İndex.az xəbər verir ki, qızıl qiymətləri ilə bağlı müsbət rəyini təkrarlayan qurum, mərkəzi bankların güclü tələbi və FED-in bu həftəki siyasət toplantısında faizləri aşağı salacağı gözləntilərinə diqqət çəkib.
Tanınmış analitik Lina Tomas və digər analitiklər tərəfindən hazırlanmış qeyddə bildirilib ki, FED-in 25 baz bəndlik faiz endirimi səbəbindən qızıl qiymətlərində bəzi taktiki azalma olsa da, 2025-ci ilin əvvəlində qiymətli metalın dəyəri 2 min 700 dollara çatacaq.
