İqtisadi artımı dəstəkləmək üçün Pekinin bir sıra tədbirləri planlaşdırmasından sonra "Goldman Sachs" 2024 və 2025-ci illər üzrə Çinin iqtisadi artımı ilə bağlı proqnozlarını artırıb.
İndex.az xəbər verir ki, bank Çinin ümumi daxili məhsulunun bu il 4,7%-dən 4,9%-ə yüksələcəyini gözləyir.
Bundan əlavə, bazar günü bank tərəfindən dərc edilən hesabatda Çinin gələn il üçün artım proqnozu 4,3%-dən 4,7%-ə yüksəldilib.
.
