"Goldman Sachs" qızıl proqnozunu yeniləyib.

İndex.az xəbər verir ki, "Goldman Sachs" risklər artması ilə bağlı, 2026-cı ilin ortaları üçün qızıl proqnozunu 4 min dollara qaldırıb.

"Goldman Sachs" bu ilin sonuna kimi qızılın unsiyasının qiymətinin 3 min 700 dollara, 2026-cı ilin ortalarına qədər isə 4 min dollara yüksələcəyini gözləyir.

Bu artım mərkəzi bankların güclü alışları və artan tənəzzül riskləri ilə əsaslandırılıb.