"Goldman Sachs" qlobal təklifin artması və tələbin azalması səbəbindən neftin qiyməti ilə bağlı proqnozlarını növbəti dəfə endirib.
İndex.az xəbər verir ki, "Goldman", "Brent" markalı neft üçün ilin sonuna olan qiymət proqnozunu 90 dollardan aşağı salıb.
İyunun 11-də müştərilərə göndərilən məlumata görə, bank dekabr ayı üçün "Brent" markalı neftin bir bareli ilə bağlı proqnozunu 95 dollardan 86 dollara endirib.
Bununla da, "Goldman" son altı ayda ardıcıl üçüncü dəfə qiymət endirimi edib.
Endirimin əsas səbəbi Çində ixracı azaldan bir sıra zəif məlumatlardan sonra yanacaq tələbi ilə bağlı narahatlıqların artmasıdır.
