"Wall Street"in ən böyük banklarından biri olan "Goldman Sachs"ın baş icraçı direktoru David Solomon, uçot dərəcəsi ilə bağlı yeni proqnozlarını açıqlayıb.
İndex.az xəbər verir ki, Solomonun sözlərinə görə, payızda FED-dən bir və ya iki faiz endirimi görə bilərik.
Solomon, FED-in borclanma xərclərini azaltmaq üçün təcili addımlar atmaqdan çəkinəcəyini proqnozlaşdırıb:
"Sentyabrdan əvvəl uçot dərəcələrində dəyişiklik olacağını gözləmirəm. İqtisadiyyat öz yolunda qalacaq və yəqin ki, tənəzzül görməyəcəyik".
