İqtisadçılar ABŞ-ın gələn il tənəzzül şansını azaldıb.

İndex.az xəbər verir ki, "Goldman Sachs" iqtisadçıları ABŞ-ın gələn il resessiyaya girmə ehtimalını 25%-dən 20%-ə endirib.

Yan Hatziusun başçılıq etdiyi iqtisadçılar, şənbə günü müştərilərə göndərilən qeyddə bildiriblər ki, sentyabrın 6-da açıqlanacaq avqust məşğulluq hesabatı tələb olunan dərəcədə yaxşı olarsa, tənəzzül ehtimalının 15%-ə düşə bilər.

"Goldman" iqtisadçıları həmçinin, FED-in sentyabr ayında keçiriləcək siyasət toplantısında uçot dərəcələrini 25 baza bəndi azaldacağına inandıqlarını bildiriblər.