"Google" bu gündən etibarən "Gmail"in mavi işarə alacağını açıqladı.

İndex.az xəbər verir ki, təhlükəsizlik məqsədilə gətirilən bu funksiya istifadəçilərə onlara "e-poçt" göndərən şirkətlərin həqiqi hesab olub-olmadığını anlamağa imkan verəcək.

"Google" tərəfindən elan edilən bu yenilik onun poçt fırıldaqçılarına qarşı təhlükəsizlik tədbirlərini artırdığını göstərir.

Şirkətin bu hərəkəti istifadəçilərin daxil olan "e-poçt"ların həqiqi və ya saxta olduğunu başa düşmələrini asanlaşdıracaq.

Bu gündən etibarən "Gmail" həm iş, həm də şəxsi "Google" hesabları üçün mavi işarələr buraxmağa başlayacaq.

Beləliklə, yaxın günlərdə bir çoxumuz "e-poçt"larımızda bu cür təsdiqlənmiş hesabları görəcəyik.