ABŞ-ın əsas avtomobil istehsalçılarından biri olan "General Motors" (GM) "Tesla" ilə əməkdaşlığa başlayıb.

 

İndex.az xəbər verir ki, ABŞ avtomobil istehsalçısı GM "Tesla" ilə Şimali Amerikada enerji doldurma şəbəkəsindən istifadə etmək barədə razılığa gəldiyini açıqlayıb.

 

GM 2025-ci ildən etibarən Şimali Amerika enerji doldurma standartını yeni elektrik avtomobillərinə inteqrasiya etməyə başlayacaq.

 

Açıqlamada qeyd olunub ki, GM-in elektrik avtomobili istifadəçiləri 2024-cü ilin əvvəlindən Şimali Amerikada 12.000 "Tesla Supercharger" şəbəkəsindən istifadə edə biləcəklər.