"Getir" İspaniyadakı fəaliyyətinə son qoyacağını açıqlayıb.
İndex.az xəbər verir ki, "Getir" Fransadan sonra İspaniyadakı fəaliyyətinə də son qoyacaq.
Şirkətdən edilən yazılı açıqlamada bidirilib ki, sürətli bazar çatdırılmasının qabaqcıllarından biri olan "Getir", işçilərin qanuni nümayəndələrinə 29 İyun 2023-cü ildə İspaniyada kütləvi işdən çıxarılma proseduruna başlayır.
"Danışıqlar zamanı biz İspaniyadakı əməliyyatımızla bağlı bütün digər imkanları nəzərdən keçirmək üçün əlimizdən gələni edəcəyik. Danışıqlar prosesi ilə bağlı, proses başa çatdıqdan sonra lazımi açıqlamanı verəcəyik”.
